Sürüşmənin qarşısını almaq üçün hündürlüyü 50 – 70 metr olan beton sədlər tikiləcək.
Şəkinin dağlıq hissəsində artıq iki ilə yaxındır torpaq sürüşməsi müşahidə edilir. Xoşbəxtlikdən sürüşmə qısa çəkib və evlərə çatmadan dayanıb. Ancaq bununla təhlükə bitmiş sayılmır. Belə ki, ərazidə torpaq axını hələ də müşahidə edilməkdədir. Belə olan halda burada yaşayan insanların həyatı çox böyük təhlükəyə atılır. Həmçinin ərazidə ana abidəsi və ikinci dünya müharibəsinə aid muzey olduğundan bu cür tarixi abidələrin də sürüşməyə məruz qalacağını gözləmək olar.
Qeyd edək ki, məsələ ilə bağlı adiyatı quruma müraciət edən “Kanal S” əməkdaşına ərazidəki güclü torpaq axının qarşısını almaq üçün layihə hazırlandığı bildirilib. İndi layihənin smetasının hazırlandığı və bundan sonra ərazidə 50-70 metr hündürlüyü olan beton sədlərin inşa ediləcəyi qeyd edilib. İşlərin qısa müddətdə başlanacağını da bildirən ərazinin tikinti üzrə nəzarətçisi, buradakı evlər üçün hazırda heç bir təhlükənin olmadığını bildirib.