Səadət Sarayı fəaliyyətə başladı
15 Avqust 2012 Çərşənbə 13:37
Bir müddət öncə təmirdən çıxan Bakıdakı Səadət Sarayı artıq istifadəyə verilib.
 Modern.az-a Səadət Sarayından verilən məlumata görə, hazırda sarayda müxtəlif mərasimlər  keçirmək mümkündür. “Nikah mərasimləri üçün  gərək bir ay öncədən bəylə gəlin saraya müraciət etsin”.
Modern.az-ın məlumata görə, sarayda nikah mərasimi çərşənbə və cümə axşamından başqa hər gün müraciət edib, nikah üçün tarix almaq mümkündür. Qiymət isə əsasən saraya müraciət edərkən müəyyənləşir. Qiymətin orta hesabla 130 manat olduğu deyilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar