Sankt-Peterburq - Qebele istiqametinde aviareys açılır
11 Avqust 2013 Bazar 07:36
Sankt-Peterburq - Qebele aviareysi üzre ilk uçuş avqustun 22-de yerine yetirilecek.
Rusiyanın “VIM-Avia” şirkəti Sankt-Peterburq - Qəbələ aviareysi üzrə birbaşa uçuşlara başlayır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Sankt-Peterburq - Qəbələ aviareysi üzrə ilk uçuş avqustun 22-də yerinə yetiriləcəkdir və təyyarə Qəbələ hava limanına saat 12:00-da enəcəkdir. Elə həmin gün təyyarə Qəbələ - Sankt-Peterburq istiqamətində havaya qalxacaqdır.
Bu, Qəbələ aeroportuna sayca ikinci beynəlxalq aviareysdir. Artıq Qəbələdən Moskva şəhərinə birbaşa uçuşlar yerinə yetirilir.
Qeyd edək ki, hazırda Azərbaycanın bölgələrində yerləşən hava limanlarından bir sıra beynəlxalq aviareyslər üzrə uçuşlar həyata keçirilir.
DOSTLARINLA PAYLAŞ: