
İtkin düşmüş qızın atası Elxan Camalovla əlaqə saxladıq. Onun ANS PRESS-ə verdiyi məlumata görə, qızı intensiv olaraq kimləsə mobil telefon vasitəsilə danışırmış. “Həmin nömrənin sahibilə mesajlaşırmış. Həmin nömrəni təhqiqatçı Polad Mirzəliyevə vermişəm. Çox xahiş edirəm, qızı görənlər bizə xəbər versinlər”, - deyə Elxan Camalov bildirb.
Məsələ ilə bağlı işi araşdıran təhqiqatçı Polad Mirzəliyev ANS PRESS-ə açıqlamasında artıq qızın axtarışlarına başlanıldığını bildirib. İstintaq sirri olduğu üçün ətraflı məlumat verilməsə də, bunları dedi: “Həmin nömrələrlə də əlaqə saxlamışıq. Bakıdakı bütün xəstəxanalara, poliklinikalara, polis bölmələrinə, yol polislərinə və digər qurumlara qızın fotoşəkilləri paylanıb. Qızın tapılması istiqamətində bütün tədbirlər görülüb. Bir daha ANS PRESS vasitəsilə insanlara müraciət edirik ki, qızı görənlər polisi, yaxud mənə şəxsən müraciət etsinlər”.
Qeyd edək ki, qızın yerini bilən, yaxud bu barədə məlumatlı olanlar 012 454-19-17, 055 210 08 00, 050 215 13 12 saylı telefonlara zəng vurub məlumat verə bilərlər.




Şərhlər