Sabirabad və Ucarda yoxlamalar aparılıb
10 Aprel 2013 Çərşənbə 22:00
Hesablama Palatası sözügedən rayonlara ayrılan vəsaitlərin istifadəsini araşdırıb.
Hesablama Palatasının son kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Sabirabad rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına, “Yaddaş” sənədli filmlər studiyasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair auditlərin nəticələri üzrə rəy və hesabatlar müzakirə olunaraq təsdiq olunub, nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

Palatadan ANS PRESS-ə verilən məlumata görə, kollegiya iclasında, həmçinin, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Ucar rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Hacıqabul Suvarma Sistemləri İdarəsi və Pirsaat Qış Otlaqları Su Təminatı Sistemlərinin İstismarı İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit proqramları da təsdiq edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar