Rəhim Qazıyev azadlığa buraxıldı
21 Mart 2013 Cümə Axşamı 08:40
Keçmiş müdafiə naziri Rəhim Qazıyev DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində iki saat saxlanıb.
Martın 19-u axşam saatlarında saxlanılan keçmiş müdafiə naziri Rəhim Qazıyev gecə saatlarında sərbəst buraxılıb. APA-nın məlumatına görə, Rəhim Qazıyev "Azadlıq" qəzetinə deyib ki, evindən çıxaraq "Azadlıq" radiosuna verilişə gedərkən Memarlıq və İnşaat Universitetinin yaxınlığında bir neçə nəfər qarşısını kəsib. R. Qazıyev zorla maşına oturdularaq DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını bildirib.
Dediyinə görə, idarədə ona son vaxtlar mətbuatdakı çıxışları ilə bağlı xəbərdarlıq ediblər. Keçmiş müdafiə naziri kameralardan birində 2 saat saxlandıqdan sonra sərbəst buraxılıb.
DOSTLARINLA PAYLAŞ: