REAL sedri İlqar Memmedovun şikayeti temin edilmedi
27 Sentyabr 2013 Cümə 16:56
“REAL” Hərəkatının həbsdə olan sədri İlqar Memmedov ona qarşı ayrıseçkilik edildiyini deyib.
Bu gün Bakı Ali Məhkəməsində “REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun Mərkəzi Seçki Komissiyasına qarşı kasasiya şikayəti əsasında məhkəmə prosesi olub. ANS PRESS-in verdiyi məlumata görə, məhkəmədə iştirak edən İlqar Məmmədov MSK-ya təqdim olunan imzaların saxta olması barədə qərarına etiraz edib. Həmçinin ona qarşı ayrıseçkilik edildiyini bildirib.
Məhkəmə tərəfləri dinləyib və qısa müşavirədən sonra İlqar Məmmədovun MSK-ya təqdim etdiyi imzalarla bağlı kasasiya şikayətinin təmin edilməməsi qərarını verib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası sentyabrın 13-də keçirilən iclasında həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun namizədliyini qeydə almayıb. İlqar Məmmədovun təqdim etdiyi 41 247 imzadan 4982-nin etibarsız çıxdığı bildirilib. Bu qərardan sonra isə İlqar Məmmədov məhkəməyə müraciət edib.
DOSTLARINLA PAYLAŞ: