Ramiz Mehdiyev bəzi saytları qınadı
02 Sentyabr 2014 Çərşənbə Axşamı 09:38
Ramiz Mehdiyev dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələri rəhbərləri ilə müşavirə keçirib.
Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələri rəhbərləri ilə müşavirə keçirib.

ANS PRESS-in məlumatına görə, müşavirədə prioritet məsələlərdən biri KİV-in ordu ilə baydığı yaydığı xəbərlərlə cəmiyyətdə necə rol oynaması olub.

Akademik bildirib ki, bəzi media qurumları Milli Orduda döyüş şəraitində həlak olmuş və ya yaralanmış hərbi qulluqçular haqqında məlumatların ictimailəşdirilməsi üzrə “ixtisaslaşıblar”: “Son hadisələr zamanı informasiya agentliklərindən biri Müdafiə Nazirliyinin rəsmi açıqlamasını gözləmədən şəhid olmuş hərbi qulluqçular haqqında özəl kanallarla əldə etdiyi, əsasən də yanlış məlumatlar əsasında xəbərlər yayıb. Bəzi saytlar isə bütün mümkün sərhədləri aşaraq həlak olanların sayı barədə fantastik rəqəmlər səsləndiriblər. Belə canfəşanlıq bir çox hallarda yanlış informasiyanın dövriyyəsinə və anlaşılmazlıqların yaranmasına səbəb olur. Digər tərəfdən isə Azərbaycan Ordusunu nüfuzdan salır, cəmiyyətdə ona inamsızlıq yaradır. Biz görməmişik ki, ermənilər bu yolla getsinlər, belə halları geniş yaysınlar. Əksinə, onlar hər vəchlə ordunun nüfuzunu qaldırırlar, hətta itkilərini belə gizlədirlər.”

Ramiz Mehdiyev həmçinin qeyd edib ki, bir sıra informasiya resursları bir tərəfdən Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilir, digər tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji müharibəyə “töhfə” verərək həm əsgərlər, həm də əhali arasında çaşqınlıq, ruh düşkünlüyü yaranmasına səbəb olurlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar