Ramil Usubov vətəndaşları qəbul edəcək
04 İyun 2013 Çərşənbə Axşamı 14:21
Görüş iyunun 22-də Şirvan şəhərində təşkil ediləcək.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən iyunun 22-də Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcək.

ANS PRESS-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı sakinlərini qəbul edəcək. Vətəndaşların qəbulu saat 11:00-da başlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar