Ölkə

Ramil Usubov Göyçaya gedir

Azərbaycanın daxili işlər naziri Ramil Usubov tərəfindən rayonda bölgə üzrə vətəndaşların qəbulu keçiriləcək.

· Xəbərçi
Ramil Usubov Göyçaya gedir
Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin may ayının 25-də Göyçay rayonunda bölgə üzrə vətəndaşların qəbulu keçiriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir və Ağdaş rayonlarından sakinləri qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-da başlanacaq.

Şərhlər