Ölkə

Ramil Usubov bölgələrə gedəcək

Nazir Ramil Usubov qəbul zamanı Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Qəbələ rayonundan olan sakinləri dinləyəcək.

· Xəbərçi
Ramil Usubov bölgələrə gedəcək
Daxili işlər naziri general-polkovnik Ramil Usubov bölgələrdə vətəndaşların qəbulunu keçirəcək.

ANS PRESS-in DİN-ə istinadla verdiyi məlumata görə, vətəndaşların qəbulu avqust ayının 30-da Şəki şəhərində baş tutacaq.

Nazir qəbul zamanı Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Qəbələ rayonundan olan sakinləri dinləyəcək.

Qeyd edək ki, vətəndaşların qəbuluna saat 10:00-da başlanacaq.

Şərhlər