Ramil Usubov 30 neferi qebul edib
22 İyun 2013 Şənbə 16:47
Daxili işlər naziri Ramil Usubovun qəbul etdiyi şəxslər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti görüş zamanı öz həllini tapıb.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 22-də Şirvan şəhərində növbəti qəbul keçirib. DİN-dən ANS PRESS-ə verilən məlumata görə, R.Usubov polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarında yaşayan sakinlərin, eyni zamanda, Cəbrayıl və Zəngilandan olan məcburi köçkünlərin bir qrupunu qəbul edib.
Nazir müraciətlərin operativ şəkildə həlli üçün qəbulda iştirak edən Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.
Daxili işlər nazirinin qəbul etdiyi 30 nəfər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti elə görüş zamanı öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan digər ərizələrin aidiyyatı üzrə göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun baxılacağı diqqətə çatdırılıb.
DOSTLARINLA PAYLAŞ: