“Azərbaycana qayıtmağımdan çox xoşbəxtəm. İnsanın həyatında elə anlar olur ki, onu sözlərlə ifadə etmək çətin olur. Hazırda mən də belə hisslər keçirirəm. İlk növbədə humanist bir addım olaraq əfv Sərəncamı imzalayaraq həbsimi başa çatdıran Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə həm öz adımdan, həm də ailə üzvlərim adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”, - deyə Ramil Səfərov jurnalistlərə müsahibəsində söyləyib.
O, həmçinin Azərbaycan xalqını salamlayıb, ona göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək bunları deyib: “Ədliyyə Nazirliyinə, ölkəmizin Budapeştdəki səfirliyinə, bu işdə əziyyət çəkən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqını salamlayıram. İllər ərzində mənə və ailə üzvlərimə göstərdikləri diqqətə və qayğıya görə dərin minnətdarlığımı bildirirəm”.
Sonra Ramil Səfərov yaşadığı evə gələrək atası Sahib Səfərov və yaxın qohumları ilə görüşüb və onların iştirakı ilə bir daha Prezident İlham Əliyevin əfv Sərəncamı oxunub.






Şərhlər