Ramil Seferov ata olmağa hazırlaşır
26 İyun 2013 Çərşənbə 16:34
Ramil Seferov ata olmağa hazırlaşır. Genc aile övlad sahibi olmağa hazırlaşır.
"Ramil Səfərov ata olmağa hazırlaşır". Bu barədə publika.az-a gənc zabitin yaxınları məlumat veriblər. Mənbə bildirir ki, hazırda gənc ailə bu yeni xəbərin sevinci ilə yaşayır.

Xatırladaq ki, Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov ötən il Azərbaycana gətirilib.
O, 2004-cü ilin yanvarında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuşdu. Vətənə dönməyə 20 gün qalmış - fevralın 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirmişdi. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. O, Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

R.Səfərov ötən ilin avqustunda Azərbaycana təhvil verilib və həmin gün prezident İlham Əliyevin fərmanı ilə əfv olunub. Azadlığa qovuşub Azərbaycana qayıtdıqdan sonra Şəbnəm Gülməmmədova ilə ailə həyatı quran zabitimiz “N” saylı hərbi hissədə fəaliyyətini davam etdirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar