Ramazan bayramında efv olacaqmı?
06 Avqust 2013 Çərşənbə Axşamı 04:49
Azerbaycan hökumeti Avropa İttifaqı qarşısında götürdüyü öhdelikleri yerine yetirmelidir.
“Biz çox istəyərdik əfv fərmanı imzalansın. Qarşıdan Qurban bayramı yaxınlaşır, Ramazan ayı bitir, seçki ilidir, hökumət Avropa İttifaqı qarşısında öhdəliklər götürüb. Bütün bunlar nəzərə alınaraq əfv verilsə, siyasi məhbuslar azadlığa buraxılsa, müsbət irəliləyiş olar. Ancaq hələlik bir xəbər yoxdur. Biz Əfv Komissiyasına həmişə olduğu kimi siyahımızı göndərmişik. NİDA-çı gənclər, Tofiq Yaqublu, İlqar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılması ilə bağlı müraciət etmişik. Bizə demişdilər ki, olacaq. İndi gözləyirik, görək də”.
ANS PRSS-in müsavat.com-a istinadən verdiyi məlumata görə, bu barədə İnsan Hüquqları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. N.Cəfəroğlu əfv olacağına ümid bəslədiklərini söyləyib. Onun sözlərinə görə, siyasi məhbusların azadlığa buraxılması ehtimalları daha çox oktyabrın əvvəlində baş tuta bilər: “Gözlənilir ki, oktyabrda əfv olsun. Azərbaycan hökuməti Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Seçki ili olduğuna görə əfv imzalanması yaxşı olardı”.
DOSTLARINLA PAYLAŞ: