Qusar qaranlığa qerq olub
07 Oktyabr 2013 Bazar Ertəsi 18:06
Rayonda elektrik enerjisinin verilməsi dayandırılıb.
Ötən gündən Qusarda yağan qar və yağış rayonun elektrik enerjisini iflic edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, dünəndən bəri rayonun bir çox yerlərində elektrik enerjisi kəsilib. Bəzi bölgələrdə isə işığın verilişində problemlər yaranıb.

Hadisə yerində Qusar rayon İcra Hakimiyyəti və regional elektrik stansiyasının əməkdaşları çalışsalar da, hələlik heç bir müsbət nəticə əldə olunmayıb. Mütəxəssislər problemi intensiv yağan yağıntının köhnə elektrik xətlərini sıradan çıxartması ilə izah edirlər.

Qeyd edək ki, dünən başlayaraq şimal regionuna qar yağıb. Qubanın Qırız kəndinə qarın hündürlüyü 24, Qusarda 16 mm-ə çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar