Qurban bayramı ilə əlaqədar müasir səyyar kəsim məntəqələri quraşdırılıb.
Oktyabrın 4 səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən Bakı şəhərində aşağıdakı ünvanlarda qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
KTN-dən ANS PRESS-ə verilən məlumata görə, yarmarkalar əhalinin qurbanlıq heyvanlara olan təlabatının ödənilməsi, eləcədə süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil olunacaq.
Yarmarkalarda müasir standartlara cavab verən yeni modul tipli, insanların rahatlığının təminatı üçün səyyar kəsim məntəqələri quraşdırılıb, heyvanların saxlanılması üçün çadırlar qurulub.
1. Yasamal rayonu, Şərifzadə küç. 196, “İdeal” şadlıq sarayının həyəti
2. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfi, Zəngəzur şadlıq evi ilə üzbəüz.
3. Binəqədi rayonu, 8-ci mikrorayon, C. Xəndan küçəsi ilə Atatürk prospektinin kəsişməsi.
4. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ilə Fətəli xan prospektinin kəsişməsi.
5. Nizami rayonu, R. Rüstəmov və M. Əliyev küçələrinin kəsişməsi, Neolit şadlıq sarayının yanı.
6. Xətai rayonu, M. Hadi küçəsi, Ukrayna dairəsinin yanı.
7. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi.
8. Sabunçu rayonu, Zabrat-Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı.