Qurban Məmmədovun həbs müddəti uzadılıb
01 Avqust 2013 Cümə Axşamı 18:09
Vəkil Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün Nəsimi rayon Məhkəməsində vəkil Qurban Məmmədovun həbs müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxılıb.
Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, Q. Məmmədovun həbs müddəti 1 ay uzadılıb.
Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.
Q. Məmmədov barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
DOSTLARINLA PAYLAŞ: