Quba Rayonuna 6 milyon manat ayrılıb
23 Sentyabr 2013 Bazar Ertəsi 19:50
Prezident İlham Əliyev Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün xüsusu sərəncamlar verib. Quba Rayonuna 6 milyon manat ayrılıb.
Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün üç sərəncamla 6 milyon manat pul ayırıb.

Sərəncamlarda deyilir:

Altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Quba şəhərində Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Quba Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.


DOSTLARINLA PAYLAŞ:

oyunlar