Qəzaların qarşısını almaq üçün yenilik
03 Aprel 2013 Çərşənbə 10:08
Zığ dairəsi-Beynəlxalq hava limanı avtomobil yolunda əyri xətli tirlərin vurulmasına başlanılıb.
Bakıda əsas magistrallardan birində təhlükəsizliyin daha da yüksəldilməsi məqsədilə işlərə başlanılıb. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Zığ dairəsi-Beynəlxalq hava limanı avtomobil yolunda əyri xətli tirlərin (metal təhlükəsizlik səddi) vurulmasına başlanılıb. Onun sözlərinə görə, əvvəllər həmin yolda betondan ayırıcı zolaq olub. Ona görə də baş verən ağır yol qəzaları zamanı təhlükə riski böyük idi.
“Ümumi uzunluğu 20 km olan avtomobil yolu 6 zolaqdan ibarətdir ki, bundan öncə yolları beton sədd ayırırdı. İndi beton səddi sökülərək mərhələli şəkildə asfalt-beton örtüyü ilə döşənilir və artıq yolun 3 km-lik hissəsi asfalt-beton örtüyü ilə döşənir. Bu işlər bir neçə ay davam edəcək. İşlər başa çatdıqdan sonra avtomobil yolunda müasir tipli işıqlandırma sistemi quraşdırılacaq”, - deyə Pünhan Mürsəliyev bildirib.
DOSTLARINLA PAYLAŞ: