Qeyri-iş günlərində 30 mindən çox sürücü məsuliyyətə cəlb edilib
27 Mart 2013 Çərşənbə 11:01
Bunlardan 221 nəfər sərxoş vəziyyətdə avtomobili idarə etməyə görə saxlanılıb.
Novruz bayramı ilə əlaqədar elan olunmuş rəsmi istirahət günlərində, yəni martın 20-dən 26-dək 7 gün ərzində respublikada 99 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 37 nəfər ölüb, 144 nəfər müxtəlif dərəcəli xəsarət alaraq yaralanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, ümumilkdə 7 gün ərzində 30 mindən çox sürücü inzibati məsuliyyətə cəlb edilib. Bunların arasında sürət həddinin aşanlar çoxluq təşkil edib. Belə ki, sürət həddinin aşılmasına görə 9544 nəfər, sərxoş vəziyyətdə avtomobili idarə etməyə görə 221 nəfər, ötmə qaydalarını pozduğuna görə 182 nəfər, avtoxuliqanlıq hərəkətlərinə yol verdiyinə görə 5 nəfər barəsində inzibati protokol tərtib edilib.

Bundan əlavə, yol hərəkəti qaydalarını pozduğuna görə 1454 piyada inzibati məsuliyyətə cəlb edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar