Qəbələ RLS-dəki əmlakın böyük hissəsi Rusiyaya aparılıb
10 May 2013 Cümə 18:11
Xələf Xələfov: Proses yaxın həftələrdə başa çatdırılacaq.
Qəbələ RLS-in təhvil-təslimi üçün yaradılmış dövlət komissiyaları işlərini davam etdirir. Bunu jurnalistlərə mayın 10-da Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib: “Biz bütün məsələlərin razılaşdırılmasına nail olmuşuq. Bütün sənədlər imzalanıb. Rusiyaya məxsus əmlakı inventarlaşdırmışıq. Əmlakın daşınması ilə bağlı bütün təşkilati məsələlər həllini tapıb. Hazırda proses davam edirilir. Əmlakın böyük hissəsi Rusiyaya aparılıb. Yalnız kiçik bir hissəsi qalıb. İşlər bizim müəyyən etdiyimiz qrafik çərçivəsində həyata keçirilir. Proses yaxın həftələrdə başa çatdırılacaq. Qəbələ RLS-də çalışan adamların və onların şəxsi əmlakının daşınması üçün də lazımi şərait yaradılıb”.

1985-ci ildə istismara verilən Qəbələ RLS SSRİ-nin raketdən müdafiə kompleksinin əsas stansiyalarından biri olub. Bu stansiya 6 min kilometr məsafədə hava məkanını nəzarətdə saxlayırdı. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya icarəyə vermişdi. İcarə müddəti 2012-ci ilin dekabrında başa çatıb və stansiyanın istismarı dayandırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar