Qazaxda minaya düşən şəxslə bağlı danışıqlar başlayıb
07 Oktyabr 2013 Bazar Ertəsi 12:59
Əli Əliyevi bu gün neytral zonadan çıxartmağın mümkün olmayacağı bildirilir.
Ötən gün cəbhənin Qazax rayonunun Məzəm kəndi istiqamətində neytral zonada minaya düşən Əli Qədir oğlu Əliyev hələ də neytral zonada qalıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, onun taleyi haqda heç bir məlumat yoxdur. Lakin bu gün saat 11:00 radələrindən Qızıl Aypara və Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri Qazax rayon İcra Hakimiyyətində onun neytaral ərazidən çıxarılması istiqamətində danışıqlara başlayıblar. Verilən məlumata görə, bu gün Əli Əliyevin neytral ərazidən çıxarmaq mümkün olmayacaq.
DOSTLARINLA PAYLAŞ: