Qaz təchizatında fasilələr olacaq
01 Oktyabr 2013 Çərşənbə Axşamı 11:00
Fasilələr bu gün saat 10:00-dan 18:00-dək olacaq.
Bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. ANS PRESS-in “Azəriqaz” İstehsalat Birliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 01 oktyabr 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək “Dəliməmmədli”, “Sabunçu ümumi”, “Sahil-2” və “Xaçmaz AQPS” ölçü qovşaqlarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xaçmaz şəhərinə, Goranboy rayonunun bir hissəsinə, eləcə də Bakının Sabunçu rayonunun bəzi ərazilərinə, Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar