Qanunsuz ağac kəsənlər cəzalandırıldı
19 Mart 2013 Çərşənbə Axşamı 08:55
Ağacların kəsilməsi barədə şikayətçi ETSN-nin araşdırmasında iştirakdan imtina edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) ərazisində ağacların kəsilməsi barədə daxil olmuş şikayət məktubunda göstərilənlərin yoxlanması məqsədilə nazirliyin və aidiyyəti tabeli qurumlarının əməkdaşlarından təşkil olunmuş Komissiya tərəfindən yerində araşdırma aparılıb.
ANS PRESS-in nazirliyiə istinadla verdiyi məlumata görə, komissiyanın araşdırmasında iştirak etməsi üçün şikayətçi ilə əlaqə saxlansa da o, araşdırmada iştirakdan imtina edib.

Komissiyanın apardığı araşdırma zamanı Qusar MMBM-in Qusar və Hil meşəbəyliklərinin dolaylarında, ümumilikdə 34,54 m3 həcmində 150,77 manat köküstə nırx dəyərində 73 ədəd ağacın qanunsuz kəsilməsi faktı aşkar edilib. Bununla əlaqədar meşə fonduna dəymiş ziyan ərazilərə cavabdeh meşə gözətçiləri tərəfindən ödənilib, Qusar MMBM-in direktoru barədə isə müvafiq təşkilati tədbir görülüb.

Komissiya tərəfindən keçirilən araşdırmadan 3 gün əvvəl isə Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən xidməti ərazilərində mühafizə vəziyyətinə baxış keçirilən zaman 0,79 m3 həcmində 56,14 manat köküstə nırx dəyərində 14 ədəd şam ağacını qanunsuz kəsdiyinə görə təqsirkar şəxs Qusar rayon Urva kənd sakini Valerik Əhmədov barəsində akt və protokol tərtib edilərək inzibati qaydada 700 manat məbləğində cərimə olunub. Meşə fonduna dəymiş ziyanın ödənilməsinin təmin edilməsi üçün sənədlər Qusar rayon məhkəməsinə göndərilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar