Qanun etnik azərbaycanlıları əcnəbiyə çevirib
05 İyul 2013 Cümə 18:46
Miqrasiya problemləri üzrə ekspert Azər Allahverənov ANSPRESS TV-nin qonağı oldu.
Miqrasiya problemləri üzrə ekspert Azər Allahverənov ANSPRESS TV-yə danışdı.
Ekspert miqrasiya problemləri və bu barədə hüquqi münasibətlərə dair məlumat verib.
"Qanun etnik azərbaycanlıları əcnəbiyə çevirib". Bunu ANS PRESS TV-nin qonağı olan ekspert Azər Allahverənov bildirib.
O qeyd edib ki, miqrasiya Azərbaycanda ən dinamik inkişaf edən sahələrdən biridir: “Əvvəlcə, siyasi miqrasiya baş verirdi. İndi isə daha çox iqtisadi - əmək miqrasiyası baş verir: Buna görə də iki milyondan artıq azərbaycanlı Rusiyaya miqrasiya etdi".
Miqrasiya edən ölkədən miqrasiya edilən ölkəyə çevrildiyimizi deyən ekspert qeyd edir ki, 400 mindən artıq xarici miqrant ölkəyə gəlib: "Bunlar Rusiya, Gürcüstan, Türkiyə və İrandan miqrantlar gəlməkdədir. Azərbaycanlılar isə daha çox Rusiya, Ukrayna və Türkiyəyə gedirlər".
Miqrasiya prosesinin 70%-nin Rusiya ilə aparıldığını bildirən mütəxəssis xaricdə yaşayan miqrantlarımızın problemlərinə də toxunub: "Rusiyadakı vətəndaşlarımız daha çox qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olurlar, Bu da səndələrin yararsızlığına və hüquqi problemlərə gətirir".
A.Allahverənov Azərbaycana gələn miqrantların qanunlarımızı bilmədiklərini və bunu üçün də problem yaşadıqlarını deyib: "Artıq ciddi addımlar atılmalıdır. Onların daha çox maarifləndirilməsi lazımdır".
Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi qaydaların olmadığını deyən ekspert, bunu bütün əcnəbilərə qarşı eyni münasibətin göstərildiyinin nümunəsi hesab etsə də, problemlərə də toxunub: "Gürcustan vətəndaşı ilə Azərbaycan vətəndaşı nikaha daxil olub uzunmüddət bir yerdə yaşayırlar. Amma, indi vətəndaşlıq, qeydiyyat problemləri meydana çıxır. Amma, nə etmək olar ki? Qanun hamı üçün eynidir. Daha yaxşı olar ki, ailələlər harda yaşayacaqlarını dəqiq həll etməlidirlər".
90 günlük qeydiyyatın xoşagəlməz hal olduğunu deyən ekspert, bu barədə təkliflərin hazırlandığını da deyib.
DOSTLARINLA PAYLAŞ: