Pulunu fahişələrdən çıxaran kişi ifşa olundu
28 Avqust 2013 Çərşənbə 12:56
Bərdə rayon sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Bərdə rayon sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində əxlaqsızlıq yuvası aşkar edilib.

Polis əməkdaşları tərəfindən Mirzəxan kəndinin ərazisindəki kafedə, orada işləyən rayon sakini Ələkbər Abdullayevin gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Polis onu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar