Prokuror deyişdi, proses dayandı
01 Avqust 2013 Cümə Axşamı 14:06
Proses avqustun 22-de davam edecek.
Dini fəal, jurnalist Nicat Əliyev və təqsirləndirilən daha 9 nəfər barədə Bakı Ağır Cinayətlər Məhkəməsində avqustun 1-nə təyin olunmuş proses təxirə düşüb. Vəkil Yalçın İmanov “Media forum”a deyib ki, məhkəmə dövlət ittihamçısının dəyişməsi səbəbinə görə keçirilməyib: “Yeni gələn prokuror cinayət işinin materialları ilə tanış olmaq istədi. Proses avqustun 22-də davam edəcək”.
Ötən il mayın 20-də tutulan jurnalist qanunsuz olaraq narkotik vasitə saxlamada; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yaymada; bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarda; mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərdə ittiham olunur.
DOSTLARINLA PAYLAŞ: