Prokter & Gembl Azərbaycan 2 milyon manat cərimələndi
06 Noyabr 2014 Cümə Axşamı 14:28
Prokter & Gembl Azərbaycan MMC məhsullarında haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında araşdırmalar aparıb.
ANS PRESS-in Nazirliyə istinadla verdiyi məlumata görə, araşdırma zamanı "Oral-B Pro-flex" diş fırçasının, "Duracell" batareyasının, "Ariel" yuyucu tozunun və "Blend-a-med Pro-expert" diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib.
Bununla əlaqədar həmin reklamların sifarişçisi olan "Prokter & Gembl Azərbaycan Servisləri" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Prokter & Gembl Azərbaycan Servisləri" MMC-yə 2 milyon 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında araşdırmalarını davam etdirir.
DOSTLARINLA PAYLAŞ: