Ölkə

Prezident Zaqatalaya 5,5 milyon manat ayırıb

Bu vəsait Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun tikintisinə xərclənəcək.

· Xəbərçi
Prezident Zaqatalaya 5,5 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 16 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Zaqatala rayon İcra Hakimiyyətinə 5,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.

Şərhlər