Prezident Sumqayıta 3 milyon manat ayırıb
25 Dekabr 2012 Çərşənbə Axşamı 19:30
Vəsait şəhərdə abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsinə yönəldiləcək.
Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, Sumqayıt şəhərində aparılan abadlıq və yenidənqurma işlərini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar