Prezident seçkilərini 51898 müşahidəçi izləyəcək
07 Oktyabr 2013 Bazar Ertəsi 17:30
Xarici ölkələrdə 5492 seçki məntəqəsi yaradılıb.
Bu il seçki gününü 51898 nəfər müşahidəçi izləyəcək. Dairə Seçki Komissiyasına 41 müraciət daxil olub. ANS PRESS-in məlumatına görə, bu barədə MSK-nın növbəti iclasında Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, məntəqələrdə 1000 veb-kamera quraşdırılıb.
Xarici ölkələrdə yaradılan məntəqələrin sayına gəlincə, MSK sədri bildirdi ki, 5492 xarici məntəqə yaradılıb.

Məkkədə zəvvarların səsverməsinə gəlincə MSK sədri bildirdi, ki, zəvvarlar bir məntəqədə səs verəcəklər. "Məkkədə zəvvarlara səsvermə üçün şərait yaradılıb. Konsulluq idarəsində qeydiyyatdan keçən 3500 nəfər səs verəcək. Seçki üçün bir məntəqə yaradılıb. 2450 nəfər qeydiyyatdan çıxmış şəxslər olduğuna görə, əlavə məntəqə yaratmağa ehtiyac yaranmayıb. Böyük bir nümayəndə heyəti orada olacaq. Konsulluqdan qeydiyyatdan keçmiş şəxslər burada səs verə biləcək".



DOSTLARINLA PAYLAŞ:

oyunlar