Ölkə

Prezident Qax rayonuna 3 milyon manat pul ayırdı

Rayonun 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 3 milyon manat xərclənəcək.

· Xəbərçi
Prezident Qax rayonuna 3 milyon manat pul ayırdı
Azərbaycan prezidenti İlham Əliyev Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.

Şərhlər