Prezident icra başçısına Şöhret ordeni verdi
07 Avqust 2013 Çərşənbə 06:58
Avqustun 4-də Şahmar Usubovun 60 yaşı tamam olub.
Azərbaycan prezidenti İlham Əliyev Şahmar Şahhüseyn oğlu Usubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Modern.az xəbər verir ki, sərəncama görə, Şahmar Usubov “Şöhrət” ordeni ilə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Şahmar Usubov 13 ildir Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır..

Şahmar Şahhüseyn oğlu Usubov 1953-cü il avqust ayının 4-də Yuxarı Qarabağın Xocalı kəndində anadan olub. Xocalı kənd orta məktəbini bitirib. 1970-1971-ci illərdə Xocalı tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləyib. 1971-1972- ci illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olub.

1974-1975- ci illərdə Xocalı 2 №- li sovxozda fəhlə işləyib. 1975-1979-cu illərdə Şuşa şəhər 1 №- li türmədə böyük mühasib işləyib. 1979-1990-cı illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləyib. 1990- cı ildən 1998-ci ilədək Respublika Aqrar-Sənaye bankının Xocalı filialının müdiri vəzifəsində çalışıb. 1998-1999- cu illərdə Bakı şəhər Əzizbəyov rayon enerji satış idarəsində müdir işləyib. 1999-2000-ci illərdə Bakı şəhər Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis vəzifəsində işləyib.
12.05.2000-ci ildən 16.12.2000- ci ilədək «Seyşun» şirkətində icraçı direktor işləyib.
2000-ci il dekabr ayının 21-dən Prezidentin sərəncamı ilə Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

Avqustun 4-də onun 60 yaşı tamam olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar