Ölkə

Portallarda çalışan jurnalistlərə də ev verilməlidi

Bütün kateqoriyadan olan jurnalistlər arasında bölgünün ədalətli aparılması yalnız işə fayda verər.

· Xəbərçi
Portallarda çalışan jurnalistlərə də ev verilməlidi
Milli Məclisin (MM) bugünkü iclasında millət vəklili Fazil Mustafa ölkə jurnalistləri üçün tikilən binadakı mənzillərin bölünməsi barədə danışıb. O bildirib ki, jurnalistlərə ev bölgüsü məsələsində kateqoriyaların bölgüsündə müəyyən məsələlərə diqqət etmək lazımdır: “Bu gün məşhur olan internet portalları və saytlar var. Burada çalışan jurnalistlər çap mediasından fərqli şəkildə qəbul edilir. Məncə, bütün kateqoriyadan olan jurnalistlər arasında bölgünün ədalətli aparılması yalnız işə fayda verər”.

Şərhlər