Polis general-mayoru Rasim Musayev yeni vəzifəyə təyin edildi
02 Fevral 2013 Şənbə 12:25
Qeyd edək ki, bir müddət öncə Rasim Musayev öz xahişi ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən getmişdi.
Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışmış polis general-mayoru Rasim Musayev DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Bunu ANS PRESS-ə nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.
Nazirin digər əmri ilə DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsində çalışan polis polkovniki Möhübbət Hüseynov Lənkəran şəhər Polis Şöbəsinə rəis təyin olunub. Lənkəran şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Elxan Əliyev DİN-in sərəncamına götürülüb.
Qeyd edək ki, bir müddət öncə Rasim Musayev öz xahişi ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən getmişdi.
DOSTLARINLA PAYLAŞ: