Pirallahı seçki dairəsi
02 Aprel 2013 Çərşənbə Axşamı 20:41
14 saylı Xəzər ikinci seçki dairəsinin əsasında Pirallahı seçki dairəsi yaradılıb.

Azərbaycanda yeni seçki dairəsi yaradılıb. Bu Pirallahı seçki dairəsidir. Bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qəbul olunub. MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, bununla bağlı 13 saylı Xəzər birinci və 14 saylı Xəzər ikinci seçki dairələrinin adlarında və ərazilərinin tərkibində dəyişiklik edilib.

14 saylı Xəzər ikinci seçki dairəsinin əsasında Pirallahı seçki dairəsi yaradılıb. Bu dəyişikliklə bərabər “13 saylı Xəzər birinci seçki dairəsi” “13 saylı Xəzər seçki dairəsi” olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar