Paytaxt sakinlərinə şad xəbər
02 May 2013 Cümə Axşamı 14:49
Paytaxtda yeni “ASAN xidmət” Mərkəzi açılacaq.
Mayın sonunadək Bakıda “ASAN xidmət”in daha bir mərkəzi açılacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov deyib. Onun sözlərinə görə, hazırda “ASAN xidmət”in birinci mərkəzi Bakının Nərimanov, Nəsimi və Binəqədi rayonlarında xidmət göstərir.
Yay ərzində paytaxtın bütün sakinləri “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən istifadə etmək imkanları əldə edəcəklər.
Kərimov deyib ki, bu ay “ASAN xidmət”in yeni mərkəzi Sumqayıtda açılacaq. O, Gəncədə avqust ayında yeni mərkəzin açılacağını qeyd edib.
DOSTLARINLA PAYLAŞ: