Paraddan sonra yollardakı vəziyyət
27 İyun 2013 Cümə Axşamı 00:01
Neftçilər prostpekti, Zərifə Əliyeva və Üzeyir Hacıbəyli küçələrində avtomobillərin hərəkəti tam bərpa olunub.
Silahlı Qüvvələrin yaradılmasının 95-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən möhtəşəm hərbi paradla əlaqədar bir sıra küçələrdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulsa da, hərbiçilərin keçidindən sonra hərbi texnika ərazidən çıxarıldı, yollar açıldı və həyat əvvəlki axarı ilə davam etdi.

Azadlıq meydanında hərbi paradın keçirilməsini xatırladan yalnız tribuna, bayraqlar və hərbi birləşmələrin gerblərini özündə əks etdirən plakatlar idi. Axşama doğru isə istər Azadlıq meydanı yerləşən Neftçilər prostpektində, istərsə ona paralel Zərifə Əliyeva və Üzeyir Hacıbəyli küçələrində avtomobillərin hərəkəti tam bərpa olundu.

Güman etmək olar ki, sabahkı iş günündə ərazidə tıxac müşahidə edilməyəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar