Onlar ümid eləyirdilər ki, xaricdən maliyyə dəstəyi gələcək
09 Sentyabr 2013 Bazar Ertəsi 03:09
Elçin Mirzəbəyli: Bu şəxslər kənardan idarə olunan bir layihə əsasında Milli Şuraya qoşulmuşdular.
“Milli Şuranın iflasa uğrayacağı öncədən bəlli idi. Biz dəfələrlə bu barədə bildirmişik”.

ANS PRESS-in Milli.az-a istinadla verdiyi xəbərə görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Lalə Şövkətin Milli Şuranı tərk etməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

“İndiki şəraitdə Liberal Partiyasının Milli Şuradan çıxmasının bir neçə səbəbi var. Birinci səbəb ondan ibarət idi ki, bu şəxslər, əsasən, kənardan idarə olunan bir layihənin əsasında Milli Şuraya qoşulmuşdular. Onlar ümid eləyirdilər ki, bu və ya digər şəkildə xaricdən həm siyasi dəstək, həm də maliyyə dəstəyi gələcək. Amma Rüstəm İbrahimbəyovun timsalında bütün bu proses bütövlükdə iflasa uğradı”, - o əlavə edib.

E.Mirzəbəyli hesab edir ki, Azərbaycan dövlətinin öz xalqına söykənərək, tamamilə müstəqil siyasət yürütməsi bu prosesi bütövlükdə iflasa uğratdı.

“Çox güman ki, Lalə Şövkət də Milli Şura tərkibində bir nəticəyə nail ola bilməyəcəklərini, bütövlükdə bu prosesin iflasa uğradığını indi dərk edib, Milli Şuranı tərk edir. Kobud da səslənsə, bir misal var: Gəmi batanda onu ilk öncə siçanlar tərk edirlər. Bu proses artıq gedir. Yavaş-yavaş orada kimsə qalmayacaq”, - BAXCP rəsmisi vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar