Ölkemize gelen xaricilerin sayı artıb
28 Avqust 2013 Çərşənbə 19:11
Ölkemize gelen xaricilerin sayında 10 faize yaxın artım müşahide olunub.
Bu ilin birinci yarısında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2012-ci ilin eyni dövrü ilə müqayisədə 108 130 nəfər və ya 9,9% artaraq 1 196 953 nəfər olub.
ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, onların 418 012 nəfəri Rusiya Federasiyası, 400 542 nəfəri Gürcüstan, 173 861 nəfəri Türkiyə, 70 254 nəfəri İran İslam Respublikası, 51 082 nəfəri Avropa regionu, 83 202 nəfəri isə digər ölkələrin vətəndaşları olmuşdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayında artım MDB ölkələri üzrə 18,7%, Avropa İttifaqı ölkələri üzrə 22,9%, Asiya ölkələri üzrə 7,3%, Afrika ölkələri üzrə 37,5% və Amerika və Avstraliya ölkələri üzrə 19,2% təşkil edib.
Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayında artım 2012-ci ilin eyni dövrü ilə müqayisədə 9,9% olduğu halda, Dünya üzrə beynəlxalq ziyarətçilər və ayrıca Avropa regionuna gələnlərin sayında artım cəmi 5% təşkil edib.
DOSTLARINLA PAYLAŞ: