Ölkə mağazalarında 200 kq saxta ərzaq aşkarlanıb
28 Yanvar 2013 Bazar Ertəsi 20:01
İstehlaka yararsız məhsullar satışdan çıxarılaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin yararsız istehlak ərzaq malları bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Binəqədi rayonunda Ş.Məmmədova küçəsi ev 7B ünvanında Nərminə Qurbanovaya məxsus mağazada, M.Rəsulzadə qəsəbəsi Ceyhun Əliyevə məxsus mağazada, Yeni yaşayış sahəsində Səbuhi Rüstəmova məxsus mağazada, Binəqədi şossesi yeni yaşayış sahəsində Eldəniz Rüstəmova məxsus mağazada, Səbail rayonunda Ə.Nəzmi küçəsi ev 94 ünvanında Əminə Ağayevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.

Yevlax şəhərində Q.Quliyev küçəsində İsgəndər Bayramova məxsus “Ədalət” marketdə, A.Şadlınski küçəsində Gülyaz Əliyevaya məxsus “Bolluq” marketdə, Xaçmaz şəhərində M.F. Axundov küçəsində Pərvanə Muxtarovaya məxsus mağazada, Qusarçay kəndində İlham Məmmədova məxsus mağazada, Gəncə şəhərində Ə.Gəncəvi küçəsində Kamran Vəliyevə və Fuad Abdullayevə məxsus mağazalarda, Goranboy rayonunda Safıkürd kəndində Ramilə Əliyevaya və Səbuhi Sofiyevə məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyən olunub.

Ümumilikdə, monitorinqlər zamanı 200 kq-a yaxın ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar