Olimpiya çempionumuz Toğrul Esgerov fermer açıb
14 Avqust 2013 Çərşənbə 04:48
Olimpiya çempionumuz Toğrul Esgerov özü üçün fermer teserrüfatı yaradıb.
XXX Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırmış güləşçi Toğrul Əsgərov özü üçün fermer təsərrüfatı yaradıb.
ANS PRESS-in verdiyi məlumata görə, bu barədə moderator.az saytına adıçəkilən idmançımızın qohumları məlumat verib.
Onların sözlərinə görə, əlində 1 milyon manatdan artıq pulu olan Toğrul Əsgərov bu vəsaiti sərmayəyə çevirib. Belə ki, yaşadığı Gəncə şəhəri yaxınlığında Samux rayonu ərazisindən ferma və torpaq sahəsi alan idmançı orada 1000 baş qoyun da saxlamaq qərarına gəlib. O həmçinin əkin-biçin üçün texnika da alıb.
Yaxınları Toğrulun idmanı davam etdirib-etdirməyəcəyi barədə isə qəti söz deməyib.
Xatırladaq ki, indiyə qədər olimpiya çempionu olan idmançılarımız sonradan idmanda ciddi uğur qazana bilməyiblər. Buna səbəb isə kifayət qədər varlanmaları və həyatlarını eyş-işrətə həsr etmələri olub. Hətta YAP-çı deputat Siyavuş Novruzov da Milli Məclisdəki çıxışlarında onları tənqid edib. Deputat bildirib ki, növbəti yarışlarda uduzan olimpiya çempionları idman eləmək əvəzinə başqa həyat tərzi seçirlər.
Toğrul Əsgərovun da başını fermer təsərrüfatına qatması onun idmandan vaz keçdiyini göstərir. İdmançı özü isə publika.az-a açıqlamasında məlumatın dəqiq olmadığını və idmandan ayrılmadığını dilə gətirib: “Bunlar boş-boş söhbətlərdir. Nə ferma var, nə 1 milyon, nə də ki, uzaqlaşma. Mən hazırda Türkiyədə mədəmdən müalicə olunuram. Mədəmdə problem var. Bu da elə belə problem deyil. Buna görə də hələ ağır məşqlər edə bilmirəm. Amma artıq sağalıram, inşallah, gələn ildən yığma komandanın tərkibində olacağam”.
DOSTLARINLA PAYLAŞ: