Novruz yarmarkaları harada keçiriləcək?
07 Mart 2013 Cümə Axşamı 15:31
Novruz yarmarkaları 16-19 martda təşkil ediləcək.
Novruz bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunacaq.

İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, istehlakçılar yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.

Yarmarkalar 16-19 martda aşağıdakı ünvanlarda keçiriləcək:

Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti;

Xətai rayonu
- Bakı kinoteatrının yanı;

Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;

Nəsimi rayonu
- "Təzə bazar"ın ərazisi;

Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;

Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar