Nicat Dağlara danışmaq qadağan edilib
31 İyul 2013 Çərşənbə 13:04
Bunu jurnalsitin həyat yoldaşı Ülviyyə Dağlar açıqlayıb.
Müalicəsini Almaniya Federativ Respublikasında davam etdirən jurnalist Nicat Dağlar hələ əməliyyat olunmayıb. Bunu Modern.az-a Nicat Dağların həyat yoldaşı Ülviyyə Dağlar açıqlayıb. Onun sözlərinə görə, həftənin sonlarına qədər müayinələr keçiriləcək. Bundan sonra isə onun əməliyyat olunmasına qərar veriləcək. Hazırda Nicat Dağlara həkimlər danışmağı qadağan ediblər.
Qeyd edək ki, “Teleqraf.az” saytının baş redaktorunun müalicəsi dövlət hesabına aparılır.
DOSTLARINLA PAYLAŞ: