Ölkə

Nicat Dağlar bu gün qayıdır

Bu gün Almaniyadan teyyare ile yola çıxan jurnalist Nicat Dağlar yerli vaxtla saat 21.00-de Bakıda olacaq.

· Xəbərçi
Nicat Dağlar bu gün qayıdır
Almaniyada müalicə olunan azərbaycanlı jurnalist Nicat Dağlar bu gün vətənə qayıdır. Bu barədə məlumatı ANS PRESS əməkdaşına jurnalisti müşayiət edən qaynı Məqsəd Rəhimov verib. O bildirib ki, bu gün Bakı vaxtıyla saat 16.30-da təyyarə ilə Almaniyadan yola düşəcək və yerli vaxtla saat 21.00-də Bakıda olacaqlar.

Xatırladaq ki, leykoz xəstəliyindən əziyyət çəkən jurnalistin səhhəti bir müddət əvvəl pisləşmişdi. Jurnalistlərin və ictimai təşkilatların prezidentə müraciətindən sonra onun müalicəsini dövlət öz üzərinə götürmüş və jurnalisti Almaniyaya göndərmişdi.

Şərhlər