Bu gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcək. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri Moskva prospektində yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar ərazidən keçən magistral su xəttinin yeri dəyişdirilib. Hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Nesimi və Yasamalda su olmayacaq
Moskva prospektindən keçən magistral su xəttinin yeri dəyişdirilib.




Şərhlər