Nərimanov rayonunda bugün işıq olmayacaq
16 Aprel 2009 Cümə Axşamı 10:35
Bu, 110 kV-luq hava xəttində baş verən zədələnmənin aradan qaldırılması ilə bağlıdır

Bu gün saat 10.30-dan 18.00-a qədər Bakı şəhərinin bəzi yerlərində elektrik enerjisi verilişində qısamüddətli fasilələr yaranacaq. «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətindən ANSPRESS-ə verilən məlumata görə, bu, BMKZ yarımstansiyasını qidalandıran 110 kV-luq hava xəttində baş verən zədələnmənin aradan qaldırılması ilə bağlıdır. Zədələnmənin aradan qaldırılması ilə bağlı Nərimanov rayonu ərazisindəki Xətai prospekti, A.Nemətulla, Mayakovski, Təbriz, A.Molla Cümə, Həsənoğlu, F.Xoyski küçələrində, həmçinin yenidənqurulan 220 saylı yarımstansiyada avadanlıqların quraşdırılması ilə əlaqədar Nobel prospekti, 28 may, Puşkin küçələrində elektrik enerjisi kəsiləcək. Yaranmış narahatçılığa görə, «Bakıelektrikşəbəkə» ASC abonentlərindən üzr istəyir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar