ANS PRESS-in məlumatına görə, tədbirdə dövlət agentliyinin Sədri İnam Kərimov, YARAT! müasir incəsənət məkanının rəhbəri Aidə Mahmudova və kulturoloq, tarix elmləri doktoru, Azərbaycan respublikasının prezidenti yanında dövlət idarəçilik akademiyasının professoru, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov açılış nitqi ilə çıxış ediblər.
Natiqlər “ASAN" xidmət mərkəzində yaradılmış şəraitdən bəhs edib və sərgiyə yüksək qiymət veriblər. Sərgidə Fərid Rəsulov, Faiq Əhməd və Çingiz Babayevin əsərləri "ASAN" xidmət mərkəzinin xidmətlərindən faydalanan çoxsaylı vətəndaşlara təqdim olunacaq.











Şərhlər