Nemət Pənahlı azadlığa çıxır?
10 Aprel 2013 Çərşənbə 12:25
Həbsdə olan Milli Azadlıq hərəkatının liderlərindən Nemət Pənahlı anasının yasında iştirak edə bilər.
Azərbaycan Milli Azadlıq hərəkatının liderlərindən olan Nemət Pənahlının anası dünyasını dəyişib. Ailəsinin ANS-ə verdiyi məlumata görə, mərhum Sara Pənahlı uzun müddət ağır xəstəlikdən əziyyət çəkirmiş.
Xatırladaq ki, Nemət Pənahlı hazırda həbsdədir. O, 2011-ci ildə xuliqanlıq və sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nemət Pənahlının anası yas mərasimində iştirakına icazə verilməsi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət edilməlidir.
Xatırladaq ki, bundan əvvəl də belə bir hal baş vermişdi. Arif Hacılı 31 may 2012-ci il tarixində anasının vəfat etməsinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edərək evə buraxılmışdı.
DOSTLARINLA PAYLAŞ: